Aramızda suşi haqqında eşitməyən var? Bəlkə
bəzilərimiz risk edib hələ dadına baxmasaq da, haqqında eşitməyən tapılmaz. Demək olar ki, bütün dünyanı əlinə almağı bacaran bu yemək haqqında hansı maraqlı faktlar var. Qeyd
edim ki, suşi indiki populyarlığını yarandığı dövrdən qazanmayıb. Onun kökləri
b.e.ə. 4-cü sərə aiddir. Hətta öz vətənində - Yaponiyada 19-cu əsrdən
populyarlaşmağa başlamışdır.
Qısa
tarıxı: B.e.ə. 4-cü əsrdən cənub-şərqi Asiya ölkələrində
hazırlanmağa başlamışdır.
Lakin o suşilər bizim bildiyimiz indikilərdən bir qədər fərqli idi. Əvvəllər suşi soyuducu əvəzləyicisi sayılırdı. Qədimdə təbii ki, yeməkləri uzun müddətli saxlamaq asand deyildi. İnsanlar təsadüfən düyü və balığın birləşməsində onların xarab olma prosesinin (fermentasiyasının) gecikdiyini və daha uzun təzə qala bildiyini kəşf edirlər. Ən birinci suşilər ilk dəfə Çində yaranmış və “Nare-zushi” adlanırdı.
İndinin özündə də Yaponiyada suşinin bu növünü hazırlanır,
amma xüsusi dadı və qoxusuna görə bu növünü yeməyə öyrəşənlərin sayı azlıq təşkil
edir. Gəlin baxaq bu növ necə hazırlanırdı: “Nare-zushi” hazırlanması üçün ilk olaraq balıq təmizlənir və içi
çıxarılır, sonra isə uzun müddət düyünün içində qalır. Suşinin təbii fermentasiyası
(qıcqırması) balığı təzə saxlayır, daha doğrusu düyü bu prosesi gecikdirir. Bir
neçə ay sonra suşi hazırdır, daha dəqiq desək ancaq balıq hazır olur. Öz işini tam olaraq başa
vurduğuna görə isə düyü atılırdı.
Lakin o suşilər bizim bildiyimiz indikilərdən bir qədər fərqli idi. Əvvəllər suşi soyuducu əvəzləyicisi sayılırdı. Qədimdə təbii ki, yeməkləri uzun müddətli saxlamaq asand deyildi. İnsanlar təsadüfən düyü və balığın birləşməsində onların xarab olma prosesinin (fermentasiyasının) gecikdiyini və daha uzun təzə qala bildiyini kəşf edirlər. Ən birinci suşilər ilk dəfə Çində yaranmış və “Nare-zushi” adlanırdı.
| Nare-zushi |
Həmin dövrlərdə yeməyin məhz bu qaydada saxlanması və
yeyilməsi bütün Çinə yaylmışdır. Təxmini 8-ci əsrdən bu resept (tərif)
yaponiyaya gedib çıxır. Yaponlar isə təkcə balığı deyil, düyünü də yeməyə
üstünlük verirlər. Yaponlar bu yemeyi Seisei-zushi
adlandırdılar. Onlar düyünü də yediklərinə görə suşi artıq aylarla deyil, bir
neçə həftə saxlanılır, balığın və düyünün alaçiy vaxtında yeyilirdi. Həmin
vaxtdan suşi balığın saxlanması üçün vasitə deyil, ayrıca bir yeməyə çevrilir.
Daha sonralar insanlar düyünün qalma müddətini
çoxaldan və dadını daha yaxşı edən düyü üçün nəzərdə tutulmuş sirkə tapırlar. Suşinin
hazırlanma qaydası getdikcə dəyişir. Əvvəla “Hava-zushi” adlandırılan suşi meydana gəlir, hazırlanması üçün
düyü artıq fermentasiya olunmurdu, onu düyü sirkəsi və balıq ilə
qarışdırırdılar və hətta tərəvəzlər də əlavə olunurdu. Hazırlanmanın yeni üsuluna
– düyü və sirkəyə – tezliklə insanlar öyrəşirlər, bu populyarlığın əsas səbəblərindən
biri isə “Nare-zushi”-nin spesefik ətrinin olması idi. Artiq 12-ci ərsdə “Nare-zushi”-nin
bu xoşagəlməz qoxusu insanlar tərəfindən təsvir olunurdu, amma eyni zamanda da misilsiz dadı eyni
qalmaqda idi. Məsələn, qərb ölkələrində də qoxusu heç iştah açıcı olmayıb, dadı
ilə əfsanə yaradan pendirlər var.
19-cu əsrin əvvələrində “Nigiri-zushi” – təzə
balıq, düyü və dəniz yosununun vəhdəti sayılırdı. Hal hazırda isə “Nigiri-zushi”
bir qədər başqacürdür.
| Nigiri-zushi |
Avropada
yaranması: Avropada suşi 20-ci əsrin sonlarında
populyarlıq qazanmağa başlayır, lakin ilk dəfə isə 1893-cü ildə bu yeməyə
Oxford lüğətində rast gəlinir.
1953-cü ilin may ayında yapon şahzadəsi
Akihito II Elizabetaya baş çəkir, eyni ilin sentyabrında isə ABŞ-da səfərdə
olur, hər iki səfərində isə suşi təqdim olunmuşdur. Qərb adamı üçün bu yemək
yeni idi və xeyli müddət keçməli idi ki, avropalılar suşini qəbul edib, ondan
zövq alsınlar. 1980-cı illərdə suşi bütün dünyada məhşurlaşır, hər yerdə
restoranlar açılır. Dövrümüzdə isə bu yeməyin popularlığı artmaqda davam edir.
Suşi nədən
ibarətdir: Əsasını iki inqridient təşkil edir:
· Shari –
düyü sirkəsi, duz və şəkərlə qarışdırılmış qaynadılmış düyü
· Neta –
bu sözlə digər inqrediyentlər nəzərdə tutulur.
Unutmamalıyıq ki, suşinin tamalayıcı (birləşdirici)
elementi ala-çiy balıq sayılmır, (çünki suşi dedikdə bəzilərinin assosiasiyası balığla
bağlı olur) əsası düyü və düyü sirkəsi sayılır. Ala-çiy balıq suşinin tərkibində
ola da bilər olmaya da bilər. Əgər yeməyin tərkibində shari (düyü) varsa onun ürəklə
suşi adlandırmaq olar.
Klassik
suşinin digər inqrediyentləri:
· Nori
yarpağı – qurudulmuş və sıxılmış dəniz yosunu
· İçliyi
– klassik versiyasında balıq, adətən ala-çiy olur, amma hisə verilmiş də ola
bilər, müxtəlif tərəvəzlər, həmçinin pendirlər.
| Nori |
Suşinin variantları sonsuz sayda ola bilər.
Düyü sirkəsi ilə düyünün qarışımı suşinin demək olar ki, bütün növlərində
iştirak etdiyi halda, norinin olub, olmaması isə o qədər də vacib deyil. Bəzi
suşi növlərində norinin əvəzinə düyü kağızı və ya xiyar dilimi istifadə olunur.
Məhşur suşilərdən biri isə düyü və içliyin nazik omlete bükülməsidir. Bəli, bu yemək
də suşi adlandırılır. Yaddan çıxartmayaq ki, suşinin əsas elementi düyüdür.
Sashimi –14-cü
əsrdə yaranmış ayrıca bir aşpazlıq ənənsidir. Bu həqiqətən də çiy balıqdır,
(nadir hallarda heyvanların çiy ətindən olur) ayrıca təqdim olunur, düyüsüz,
yalnız soya sousu ilə, hansı ki, sousun içinə vasabi də qatmaq olar (suşi yeyərkən
isə heç vaxt bunu etmirlər). Sashimi Nigiri-sushinin ayrılmaz tərkib hissəsi
sayılır.
| Sashimi |
- Yapon suşi (sushi) restoranlarında qadın aşpazlara rast gəlmək demək olar ki, mümkünsüzdür. Bu onunla izah olunur ki, qadın bədəninin temperaturu yüksəkdir. Buna görə də hesab olunur ki, belə incə yeməyin hazırlanmasında 1-2 dərəcənin belə önəmi böyükdür.
- Suşinin yanında təqdim olunan zəncəfil (имбирь) əslində ağ rəngə olur. İmbir bir neçə suşinin dadını qarışdırmamaq üçün nəzərdə tutulur. Yəni, suşinin yeni növünü dadmazdan əvvəl imbir yeyilir ki, yeni suşinin dadını tam olaraq hiss etmək olsun. Bəzi məlumatlara görə isə imbir zəhərlənmənin qarşısını almaq üçün də nəzərdə tutulur.
zəncəfil (имбирь) - Hal hazırda suşi hazırlanmasında ən çox istifadə olunan balıq Tunes sayılır. Əvvəllər yaponiyada balığın bu növündən ən aşağı təbəqə istifadə edirdi.
- Yüksək suşi master adı almaq üçün 5 il təhsil almaq şərtdir. 2 il düyünün nəcə hazırlanması, qalan 3 il isə balığın incə hazırlanma texnikası öyrədilir.
- Yaponiyada ən məşhur suşi hazırlayan master Jiro Ono hesab olunur. Onun restoranında suşi yemək üçün 3-4 ay əvvəldən növbə saxlamalısan.
Jiro Ono
Ümid edək ki, biz də Yaponiyada Ononun hazırladığı suşilərin dadına baxa biləcəyik :). Suşi həvəskarı kimi ən çox istədiklərimdən biri məhz yaponiyada suşi yeməkdir 😍
Suşinin növlərindən isə danışsam bu postu bitirmək
bilmiyəcəm 😌.
Birdə onu deyim ki, adətən suşini isti havalarda
yemirlər. Tərkibinə görə bakteriyalara daha çox meyilli olduğu üçün, harda gəldi
də yeməyi məsləhət bilmirəm. Nuş olsun😍. Növbəti postlarda görüşənədək😘
0 yorum:
Yorum Gönder