20 Ekim 2017 Cuma

Zərdüşt belə deyirdi...


Nitşeylə tanış olmaq vaxtı gəlib çatdı. “Tanrı ölüb” - ən çox eşitdiyim ifadə. “Zərdüşt belə deyirdi” - ən çox haqqında eşitdiyim əsəri. Tanışlığımızda əvvəl yalnız bu əsərini eşitmişdir. Lakin indi sırada məni gözləyən digər əsərləri var. Uzun fasilələrdən sonra nəhayət ki, bu əsəri oxuyub bitirdim və fikirlərimi, təəssüratlarımı bölüşmək istəyirəm...

Kitabı oxumağa başlamağım və eləcə də bitirməyim xeyli zamanımı aldı. Əsər bir qədər qəliz gəldi mənə... Oxumağa davam etdim... Özüm üçün çox şeyləri kəşf etmiş oldum. Bu əsər haqqında mənfi fikirlərin də çox olduğunu bilirəm. Lakin mən bu fikirlərlə razılaşmayacam.
Həqiqətən möhtəşəm kitabdır. Oxumaq lazımdır ki, hər kəs özü üçün bir pay götürə bilsin. Onu da deyim ki, bir dəfə oxuyub kitab rəfinə atılmağa layiq bir kitab deyil. Əvvəlcə etiraf edim ki, bu əsəri tam faizi ilə anlamış deyiləm. Yəqin ki, hər dəfəsində yeni məqamlar kəşf etmiş olaram.

Kitabda demək olar ki, həyatda rastlaşa biləcəyimiz hər hadisədən, hislərimizdən, ətrafımızdan söhbət edir Zərdüşt. Zərdüştün söhbətlərinə, çəkdiyi misalların açıqlamasına yanındaymış kimi qulaq asmaq isə başqa bir həzz verir insana. Bunu anlamaq üçün oxumaq mütləqdir.
İnsanı, insan gücünü, istəyini hər şeydən üstün tutan Nitşə, fikrimcə “Tanrı ölüb” kəlməsini elə bu məqsədlə deyir. Mən burda bir qədər Nəsimi ruhu duydum. Bilmirəm, şəxsi fikrimdir. Zərdüşt insanları kamilləşməyə, ən yüksək insan olmağa çağırır. Bütün həqiqət ən yüksək insanın öz içindədir. Hamı ən yüksək insan olmalıdır. Yaxşılıqdan bezib pis əməllərə qacanlar, səfalətdən bezib murdar zənginlik axtaranlar, ədalət axtarışından bezib haqsızlıqlara əl atanlar – bir gün əlini açıb səmadan kömək istəyəcək, Zərdüşt isə deyir ki, ən yüksək insan o köməyin özü olmalıdır. Nitşənin ardıcıllığı heyvan – insan - ən yüksək insan (fövqəlinsan) olaraq sıralanıb. O insan gücünə hər şeydən çox inanır, insanın nələrə qadir olduğunu hiss edirdi. Fikrimcə fövqəlinsan olaraq da, daha kamil, daha ağıllı, daha fədakar, daha ədalətli (bu siyahı çox davam edə bilər) insanı görür. Hər şeyin sonunda insanı görür. İnsanı cılız deyil ən yüksəkdə görür.
Kitabdan özüm üçün seçdiyim, yaddaşımda uzun müddətlik qalacaq cümlələri bölüşmək istiyirəm:
ü Если есть враг у вас, не платите ему за зло добром: ибо это пристыдило бы его. Напротив, докажите ему, что он сделал для вас нечто доброе.
ü Не доверяйте всем тем, кто много говорят о своей справедливости!
ü Любить и погибнуть – это согласуется от вечности. Хотеть любви – это значит хотеть также смерти. Так говорю я вам, малодушные!
ü И кто среди людей не хочет умереть от жажды, должен научиться пить из всех стаканов; и кто среди людей хочет остаться чистым, должен уметь мыться и грязной водой.
ü Человек для себя самого самое жестокое животное.

Hərdən yenilik tapmaq üçün yalnızlığı seçmək lazımdır. Kim olduğunu, nə istədiyini anlamaq üçün bunu etməlisən. Yalnızlıq o qədər də qorxulu anlayış deyil əslində. Hər şeydən, hər kəsdən uzaq olmaq lazımdır. Necə ki, bunu 30 il Nitşenin Zərdüştü etdi.
Oxumaq gözəldir, hələ Nitşeni oxumaq hər şeydən daha gözəldir. Çalışın bu əsəri mütləq oxuyasınız. İlk dəfə anlamamağınızdan qorxmayın, çünki ən gözəl cümlələr şifrələnmiş bir qapı kimidi. Onlar istəyirlər ki, bu şifrələri biz tapıb açaq. Nitşe oxumağın isə ən mükəmməl tərəfi isə budur. Növbəti yazılarda görüşərik, hələlik :)

0 yorum:

Yorum Gönder

 

Miracle of May Template by Ipietoon Cute Blog Design and Bukit Gambang