27 Mayıs 2019 Pazartesi

Dilqəm Əhmədov "Fərqlilər" və Franz Kafka "Milenaya məktublar"

Hər vaxtınız xeyir. Əvvəlcə 28 may Cümhiyyətimizin 101-ci ili münasibətiylə hər birimizi təbrik edirəm.  Elə haqqında yazdığım ilk kitab da Cümhuriyyətimiz üçün çalışan, canlarından keçən dahilər haqqındadır. 


Əlqərəz.. Kitab jurnalist, yazar, kolleksiyaçı Dilqəm Əhmədin şəxsi arxivində olan məktublar, foto şəkillər əsasında yazılıb «Fərqlilər» kitabı. Cümhuriyyət tariximizin məşhur simaları M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, Ə.Topçubaşov, Ə.Ağaoğlu, İ.Aşurbəyli haqqında maraqlı fotoşəkillər və məktublara rast gələcəksiz. Bəzi məlumatlar tam açılmasa da sizə maraqlı məqamlar haqqında araşdırma aparmaq üçün açar olacaq. Məsələn özümdən misal göstərə bilərəm ki, uzun müddət M.F.Axundzadənin «Kəmalüddövlə məktubları»nın məhz nə məqsədlə yazıldığı maraqlı idi və bu kitab sayəsində bəzi məqamları özüm üçün aydınlaşdırmış oldum. Növbəti əsər yəqin ki, məhz o əsər olacaq. Tarixi faktlar, məlumatlarla dolu olmasına baxmayaraq tez oxuyub bitirə biləcəyiniz kitab olacaq. Həmçinin hər bir şəxsiyyətə aid paraqraf maraqlı başlıqlarla adlandırılıb: «İki dəfə intihar edən filosof», «Siyasət və sevgi», «109 yaşlı əlyazma», «Stalin mükafatı alan cümhuriyyətçi» və s. Fikrimcə hər bir başlığın maraqlı adlandırılması dayanmadan növbəti şəxsiyyətin kim olması marağını artıraraq kitabı daha oxunaqlı edir. Məndən bu qədər, maraqlı olsa oxuyub fikirlərinizi mənimlə də bölüşməyi unutmayın🤗 
1883-cü ildə Yəhudi ailəsində, Praqada dünyaya gəlmiş, hər zaman yalnız, bədbəx həyat tərzi, pessimist əsərləri ilə tanınan Franz Kafka... Çətin uşaqlıq illəri keçirən, əsərlərində də bunu hiss etdirən Kafka nə atası ilə nə də anası ilə yaxşı münasibətləri olmayıb. Atası ilə münasibətləri isə xüsusiylə bilinəndir – “Atama məktublar”. Amma atasına olan münasibətdən təkcə o əsərdə deyil həmçinin çox az nüansı hətta haqqında yazmaq istədiyim “Milenaya məktublar” əsərində də hiss etmək olar. Kafka psixoloji problemləriylə də tanına bir yazar olub – uşaqlıqdan aldığı travmalar, sıxıntıları, ailə münasibətləri və s. Ona görə də Milenaya olan sevgisini də çox qeyri adi tərzdə ifadə edir – “Mən niyə, məsələn, sənin otağındakı xoşbəxt skaf deyiləm, o şkaf sən kresloda, yaxud yazı stolunda arxasında oturanda, divanda uzananda, yatanda (yuxun şirin olsun!) düz sənə baxır. Niyə mən şkaf deyiləm?”və s. belə misallar. Şəxsən öz adımdan deyə bilərəm ki, mənə xoş olmadı bu sevgi hekayəsini oxumaq. Yalnız və yalnız cavabsız məktublar... Özündən 13 yaş kiçik, evli bir qadına qarşı bəslədiyi sevgi hisləridir. Kafka Milenanı cəmi 3 dəfə görüb. Ondan sonra isə bu qəribə sevgi etiraflarıyla dolu məktublar yazılmağa başlayıb. Milenanın bu məktublardan xəbəri olub olmadığı haqqında məlumatım təəssüf ki, yoxdur. Onu da etiraf edim ki, kitabı sona qədər oxuyub bitirə bilmədim. Heç cür bunu özümə məcbur edə bilmədim... Hörmətli Kafka, üzürlü say bəlkə nə vaxtsa bu kitabı bir də əlimə alıb oxumaq həvəsinə düşərəm... amma indi yox ☺️. 

Son olaraq da onu deyim ki, F.Kafka məhşurluğa (41 yaşında vəfat edib) ölümündən sonra qovuşub. Əsərlərini məhv etməyi vəsiyyət etsə də dostu Max Brod bunu etmir və bundan sonra Kafka demək olar ki, bütün dünyada məhşurlaşır. 
Kitabı isə əsl Kafka sevərlərə məsləhər görə bilərəm. Fikrimcə yalnız onlar böyük sevgi və həvəslə oxuyub bitirə bilərlər. 
Bu dəfəlik də bu qədər. Hələlik🤗. 

 

Miracle of May Template by Ipietoon Cute Blog Design and Bukit Gambang