8 Eylül 2018 Cumartesi

İspaniya istehsalı olan La casa de papel serialı


Bir şeyi istiyəndə tez və həmin dəqiqə olmasını istəyirəm – bu serial da elə oldu. Çox qısa vaxt ərzində baxıb bitirdim. Çəkiliş, aktyor heyyəti, kadrlar, rənglər, geyimlər – bir sözlə hər şey fikrimcə kifayət qədər keyfiyyətli idi. Fonda eşdilən bəzi ispan sözləri isə mənim üçün sadəcə yenicə aşiq olmuş qızcığazın sevgilisinin səsini eşitmək kimi bir şeydi 😍 (bənzətməyə bax da 😄, sadəcə özüm üçün yenicə kəşf etdiyim ispan dilinə olan sevgimi ifadə etməyə çalışdım). Qısaca bu seriala baxma səbəblərimdən biri məhşurluğudursa, ikinci səbəbim İspaniya idi.



Serialın premyerası 2017-ci il may ayında baş tutub. Ekranlara çıxdığı gündən özünə xeyli kütlə yığmağı bacaran serialın süjet xətti əslində çox rast gəldiyimiz tipik oğurluq və sevgi hekayəsidir. Həyatda bəxti gətirməyən 8 insan (oğru) bir araya gələrək öz gələcəklərini dəyişmək və yeni həyata başlamaq qərarına gəlirlər.  Qarət etmək istədikləri İspaniyanın Milli sikkə və pul markaları fabriki olur. Hadisələr də məhz burda baş verir. Ümumilikdə 15 epizoddan ibarətdir (neçə sezon olduğunu isə başa düşə bilmədim). İspan yazıçısı Carlos Maria Dominguezin əsəri əsasında çəkilib. Amma mənə elə gəlir ki, əsər özü serial qədər maraqlı deyil. Adətən mən əksini deyirəm, amma bu dəfə 6-ci hissim mənə belə deyir. İspan dilini öyrənəndən sonra bəlkə kitabı oxumaq qismət olar😍. Mövzudan uzaqlaşmayım, keçim obrazların analizinə.
Serial əsas qəhrəmanlardan biri olan Tokio tərəfindən şərh edilir. Tokino bu soyğunu ən çox arzulayanlardan biri olsa da fikrimcə ən çox da qayda pozanlardan birincisidir. İlk pozduğu qayda isə qrupa daxil olanlardan Rio ləqəbli həmkarı ilə bir-birlərinə aşiq olmalarıdır (daha sonra bu qaydanı Professor və Denver də pozur). Rio isə daha çox planın texniki işləri ilə məşğul olur.
Professor – planın beynidir. Planı bütün incəliyi ilə, detallı şəkildə idarə edir. Özünün də dediyi kimi plan onun atası tərəfindən işlənsə də reallaşdırmaq ona qismət olur. Berlin obrazı Professora ən yaxın olan obrazdır. Hətta son epzodlardan başa düşmək olur ki, onlar qardaşdırlar. Berlin serialın ən “cool” (bu sözü çox sevirəm 😇) obrazıdır fikrimcə. Bu soyğuna qədər 15-ə qədər oğurluq həyata keçirdib və bunun isə xəstəliyi ilə əlaqədar son soyğun olacağını da serialda dilə gətirir. İlk epizodlarda ən çox bəyəndiyim obraz Professor olsa da sonda Berlin “favorite” obrazıma çevrilir. Bunu sonda etdiyi jestlərlə əlaqələndirə bilərəm. 
Nayrobi serialın ən pozitiv obrazıdır. Hər kəs kimi problemlərinin olmasına baxmayaq pozitiv qalmağı bacaran, plana sadiq qalan və başqa bir şey düşünməyənlərdən biridir. Nayrobi tam bir “pul atası”dı 😄(pul kəsimi, kodlaşdırması işi ilə məşğul olduğuna görə belə adlandırdım). Moskva özünü hər zaman günahlandıran, oğluna atalıq etmədiyinə görə ona daha yaxşı gələcək vermək adına plana daxil olanlardandır. Serial boyu özünü hər zaman təmkinli, səbrli aparan bir obrazdır. Oğlu Denver isə onun tam əksi olan, eyni zamanda cahil bir obrazı canlandırır (çox maraqlı gülüşü də var hətta ☺️). Helsinki və Oslo (bilmədim əmi uşaqlarıdı ya xala uşaqları, nəysə ki, qohumdurlar 😄) – plana əsgəri güc məqsədi ilə daxil edilmiş obrazlardır.


Obrazların seçdiyi Salvador Dali maskaları da düşünürəm ki, təsdüf deyil. Bildiyim qədəriylə Dali də son dərəcə emosional, hər şeyin əksinə gedən bir xarakterə sahib olub, soyğunun  məqsədi də bir növ fikrimcə belə idi. İlk baxışda obrazla seçilmiş adlar çox xoş, qeyri-adi və maraqlı görsənsə də bəzi maraqlı məqamlar var imiş. Belə ki, obrazlara verilən adların bir başa İkinci Dünya Müharibəsi (1939)  ilə əlaqəsi olduğu rastıma çıxdı. Bu şəhərlər İkinci Dünya Müharibəsində iştirak etmiş ölkələrdə yerləşir. Hətta öz xarakterləri ilə adlarını daşıdıqları ölkələrin müharibə zamanı missiyalarını, müharibənin gedişatında olan rollarını qismən də olsa görmək olar (yuxarda etdiyim qısa analiz də məhz buna görə idi). Yəni, heç nə təsadüfdən olmur...

Serial özlüyündə çox axımlıdır, hər epizoddan sonra digərinə baxmaq üçün can atırsan. Cinayətkarlara qeyri-adi simpatiyan yaranmağa başlayır, zamanla polislərə nifrət də edirsən. İspan polisinin necə aciz, zəyif olduğnu da görmüş oluruq burda. Carlos əmi İspan polisini niyə belə təsvir edib, bilmirəm. Amma sonda əsirlərdən heç birinin ölməməsi, Professor və dəstəsinin əsl məqsədinin bu olmadığını görmək, hətta oğurladıqları pulların belə heç kimə məxsus olmaması, özlərinin yaratdıqları kağızlar olduğunu görəndə oğrulara olan simpatiyaya görə özümü günhkar hesab etmədim (O boyda komissar Rachel belə oğruların tərəfinə keçir😌). Və sonda - bəzi dramatik səhnələrdə fonda səslənən “Bella Ciao” mahnısı özüm üçün kəşf etdiyim çox gözəl mahnı oldu. Yalnış araşdırmamışamsa mahnı 1900-cu illərə aiddir. Bir əsrdən də çoxdur yaşı yəni. 
Serial haqqında bu qədər. Bir az uzun oldu deyəsən, amma ümid edirəm bəyənilən bir yazı olar. Yenidən görüşmək ümudi ilə 😇. Özünüzə yaxşı baxın. 
 

Miracle of May Template by Ipietoon Cute Blog Design and Bukit Gambang