Sakit, yumşaq (soft) bir film
axtarışındasınızsa mütləq “Jane Eyre” filminə baxın.
Filim Charlotte Brontenin eyni adlı əsəri əsasında,
2011-ci ildə Cary Joji Fukunaga tərəfindən çəkilib. Ən çox “Jane Eyre” əsəri ilə
tanınan yazıçının həyatı ilə tanış olduqda sonra məhz bu əsərin avtobioqrafik
bir əsər olduğu qənaətinə gəldim. Yazıçının da həyatı demək olar ki, qəhrəmanının
həyatı kimi ölümlərlə dolu idi. Lakin özündən fərqli olaraq Charlotta sonda qəhrəmanını
xoşbəxt və uzunömürlü edir. Özü isə çox gənc yaşında, cəmi 39 yaşında həyatını
tamamlayır.
Fikrimcə Jane Eyre adını çoxunuz (bir dəfə
də olsa) eşitmisiniz, bəlkə əsərlə tanış olanınız da var. Filimdən əvvəl bu əsərin
“mini” variantı əlimə keçmişdi (ingilis dili öyrənmə həvəsimin yüksək olan
zamanlarında, hələ məktəbdə oxuyurdum, səviyyələr üzrə bölünən Pre-İntermediat-də
“Jane Eyre” ilə tanış olmuşdum). İxtisar olunmuş variant da olsa kitabını
oxumuş sayılıram 😌.
Beləliklə, filim və oxuduğum “mini” kitabı
müqayisəli şəkildə sizə çatdırmağa çalışacam. Filimdə məni sevindirən məqamlardan
biri Roçesterin o qədər də yaşlı obraz seçilməməyi oldu, hətta yaraşıqlı, “min
cavana dəyən” bir obraz idi fikrimcə 😉. Kitabı oxuyanda isə bu
obrazı daha yaşlı təsəvvürümə gətirmişdim və heç xoş deyildi. Jane Eyrenin
uşaqlıq obrazı mənə daha qürurlu, daha canlı görsəndi nəyinki sonrakı obrazı.
Fikrimcə bir az canlı oynaya bilərdi Mia Wasikowska. Həmçinin filim bir qədər rəngsiz
gəldi mənə. Bəlkə də rejissor hadisələrin baş verdiyi dövrü təsvir etmək istəyib,
amma bunu geyimlərdə, aktyorların manerasında göstərdin – anladıq, bəs rənglərdən
nə istədin axı, əziz Cary 😒. Filimin demək olar ki, kitabla eyni olması da
başqa bir xoş idi insana (ən azından mənə xoş oldu). Bəzi bəyənmədiyim məqamlara
baxmayaraq ümumilikdə filimi bəyəndim. Əvvəldə də dediyim ki, sakit, yumşaq əhval
ruhiyyə verir insana. Əsərin, fikrimcə qabarıq, önə çıxan məqamı isə sevgidir.
Yəni, Charlotte bizə onu deməyə çalışıb ki, əsl sevgi nə uzaq məsafə, nə ötüb
keçmiş illər, nə də xarici qüsur tanımır (əsas insanın daxili qüsurlu olmasın,
vicdanı təmiz olsun).
P.S. Bəzi adları orijinal dildə yazmağımın
səbəbi – daha geniş axtarış etmək istəsəniz işiniz asand olsun.




0 yorum:
Yorum Gönder