Çarli Çaplin həmişə mənim favori aktyorlarımdan biri olub. Lakin onun həyatı, yaradıcılığı haqqında bu qədər yaxından maraqlanmağı düşünmürdüm, qızına olan məktubunu oxuyana qədər. Təsadüfən internetdə rast gəldiyim bu məktub mənə o qədər təsir etdi ki, onun həyatı haqqında maraqlanmağa başladım. Çarli Çaplini özüm üçün yenidən kəşf etdim, onun necə maraqlı, istedadlı, eyni zamanda necə gözəl insan olduğunu kəşf etdim.
Çarli Çaplin 1889-cu ildə Londonda musiqiçi ailəsində anadan olmuşdur. O, karyerasına 5 yaşında olarkən London teatrında başlayır. Daha sonralar isə artıq öz filimlərində oynamağa başlayır. O, bu filmlərdə rejissor və ssenari müəllifi kimi çıxış edir. Musiqi təhsili almasa da xüsusi musiqi duyumu ilə seçilirdi. Musiqi istedadı ona valideyinlərindən keçmişdi.
Çaplin əksər filmlərinə musiqi bəstələmişdir. Dünya kino musiqisinin banisi və ilk klassiki məhz Çarli Çaplin sayılır. Səssiz filimlərdə istifadə olunan musiqi bir qayda olaraq müşayət xarakteri daşıyırdı, lakin, eyni zamanda intonasiya cəhətdən filmə də uyğun olmalı idi. Çaplin filimlərinin uğurlu olması üçün musiqilərin orijinal və keyfiyyətli olmasına xüsusi diqqət yetirirdi. Səssiz film adətən pianist-tapyor və ya kiçik orkestrin müşayəti ilə göstərilirdi. Bəzən orkestra Çaplin özü rəhbərlik edirdi.
1916-cı ildə sənətkar "Çarlin Çaplinin musiqi kompaniyası"nı yaratdı və özünün üç bəstəsini yayımladı -"Hemişə elə birisi var ki, hansıki unutmaq mümkün deyil", Ah, bu Violançel", Dünyanın Patrulu". Axırınci bəstəsini 1916-ci ildə Nyu-Yorkda "Ипподроме"de benefis zamanı dirijor kimi ifa etmişdir. 1921-ci ildə "Körpə" və "Mənasız sinif" filimlərinə xüsusi melodiya bəstələyir. 1925-ci ildə o, daha iki mahnı yazır və onlar Eyba Lamanın orkestirinın ifasında "Qızıl titrəyiş" filmində istifadə edir. Səsli filmin yaranmasıyla Çarli Çaplin bəstələri üzərində ciddi işləməyə başlayır. İlk səsli filmi (yalnız melodik səs müşayəti) -"Böyük şəhərin işıqları"- onun yaradıcılığının zirvələrindən biri oldu. Bu filmin kompazisiyasında iki süjet xətti dururdu. Birinci- Çarli və alkaqol-millionerin "dostluğu" haqqında idi. Çaplin satira vasitəsi ilə cəmiyyətin qüsurlarını ifşa edirdi. İkinci xətt- heç bir işi olmayan Çarlinin kor, gül satan qiza olan saf və təsirli məhəbbəti. Çarlinin rəssamlıqda novatorluğunu musiqisiz təsəvvur eləmək mümkünsüz olardı.
"Böyük şəhərin işıqları" filmində Çarli həmcinin bəstəkar A.Djonsonla və aranjımançı A.Nyumenlə işləmişdir. Öz bəstələdiyi orijinal musiqidən başqa Çarli məşhur Rimski-Korsakovun "Şəhrizad" simfoniyasından da sitat gətirmişdir: "Bənövşə satan", "Mən sənin çağırışını eşidirəm", "Necə mən zəifləyirəm".
Filmin melodik-dramaturqiya konsepsiyası iki yaradıcılıq metoduna əsaslanır: musiqidə leytmotiv sistemindən istifadə, ekran daxilində baş verənlərin daxili mənasının acıqlanması və musiqinin əyanı təsviri. Bu janrın əsasında iki janrın sitezi- opera və pantamima durur.
Bütün sonrakı filimlərə- “Böyük şəhərin atəşləri”(1931), “Yeni vaxtlar”(1936), “Böyük diktator”(1940), “Rampanın atəşləri”(1952), “Nyu-Yorkda kral”(1957), “Honkonqdan qrafinya”(1967) filimlərinə özü musiqi bəstələmışdir. Onlarda Çaplin yalnız böyük aktyor kimi yox, həm də rejissor və istedadlı bəstəkar kimi çıxış edirdi.
Bu filimlər arasında “Böyük diktator” filmini xüsusi qeyd etmək olar. Çarli eşidəndə ki, Hitler filmə baxıb, o belə söyləmişdir: “ Mənə Hitlerin filim haqqında fikirləri maraqlıdır”.
Hitlerin dostlarından biri Reynard Şpitsi: Hitler bu filmə baxaraq ürəydən gülürdü. Bilirsiniz, Hitler axı axmaq və zəhlə tökən deyildi, yaxın dostlar içində belə zarafatlara gülə bilirdi”.
Film rəsmi şəkildə Peruda, İspaniyada və Yaponiyada qadağan olunmuşdur. Umumiyyətlə, bütün antinasist filmlər Yaponiyada qadağan edilmişdir. Hitlerin satirik təsviri bir növ sensasiya oldu, ancaq ən böyük qorxu Çaplinin final nitqi idi: “Tamahkarlıq insanın ruhunu zəhərlədi, dünyanı nifrətə həbs edərək böldü, bizi səfalətə və qırğınlara düçar etdi... Elmimiz bizi təkəbbürlü etdi və zəkamız bizi kobudlaşdırdı. Biz çox düşünür və az hiss edirik. Texnikadan çox insanlığa ehtiyacımız var. Bacarığımızdan çox mehribanlığa və yaxşılığa ehtiyacımız var. Bu keyfiyyətlər olmadan həyat şiddətə təslim olacaq. Və hər şey yox olacaq...”
XX əsrin dahi sənətkarı Çarli Çaplin bir neçə mükafat almışdır. Lakin o, heç vaxt “Oskar” mükafatı ala bilməmişdir.
Çarli təbiətcə çox mülayim, səmimi bir insan idi. Bunu onun qızına yazdığı məktubdan da görməy olar. Məktub olduqca düşündürücü, səmimi və bir az da kədərli yazılıb. Yeni il axşamı qizina olan ən səmimi arzuları o bu məktubda söyləmişdir. Qızından uzaqda olsa da, daim onu düşündüyünü bildirir. Məktubda: İndi Yeni il gecesidir. İndi senin bacın, qardaşların hətta anan da yatib. Sən məndən çox uzaqlardasan! Mən bu dəqiqə sənin şəkillərinə baxmıramsa kor olum. Bəs sən hardasan, nağıllar aləmi olan Parisdə, Camps Elyees teatrının möhtəşən səhnəsində oynayırsan. Və bu gözəl gecədə şahın dustaq saxladığı gözəllər gözəli İran gəzəlini oynadığını bilirəm.
Mən sənin keçmişini, gələcəyini hətta indiki zamanıvı görmüşəm. Mən sənin nə hiss etdiyini hiss etmişəm. Səhnədə oynayarkən alqışlarını eşitmişəm. Və insanların “O, qızı görürsən,” qocaman komediya ustasının qızıdır. Yadınızdadır onu Çarli çağırırdılar.
İnsanların alqışları, sənə verilən çiçəklərin ətri səni bihuş edəndə bir qirağa çəkil və mənim məktubumu oxu, atana qulaq as.
Qanadlarını aç və daha yüksəklərə uç. Lakin yerə enməyi də unutma. Xalqın necə yaşadığı ilə maraqlan, aclıqdan gücsüzləşmiş rəqqasları da gör. Mən də onlarla eyni taleyi paylaşmışdım, Djeraldinya!
Çarli yaşlandı, Djeraldinya, artıq çox yaşlandı. Tez və ya gec sən ağ paltarını çıxarıb qara paltar geyinib mənim qəbrim ustünə gələcəksən. İndi səni incitmək istəmirəm amma hərdən güzgüyə bax... Güzgüdə məni görəcəksən. Damarlarımdakı qan hərəkətini dayandıranda məni unutma!
-mən mələk deyildim, lakin insan olmaq üçun daima var gücümlə çalışdım.! Sən də elə et!
Çarli Çaplin.
Sənətkar bir atanın qızına verə biləcəyi ən dəyərli məsləhətləri bu kiçik məktub parçasında olduqca gözəl çatdırmışdır. Məktubu oxuyarkən ağlamamaq mümkün deyil.
Çarlin Çaplin bir neçə mükafat almışdır. 1977-ci il 25 dekabr İsveçrədə vəfat etmişdir.

Qələminin iti olması ümidilə blogun xeyirli, uğurlu olsun, nəhayətsiz humanist !!! :)
YanıtlaSilYazılarının davamı gəlsin.