Gələcəyə “bir az” tərbiyə də aparaq!
Son
zamanlar müşahidə etdiyim hallardan biri balaca uşaqların aqressiv və bir az da
tərbiyyəsiz olmalarıdır. Aqressiya və tərbiyyəsizliyi sərbəstlik və aydın
düşüncə tərzi ilə ölçməyin. Amerika cizgi filimlərində rast gəldiyimiz bəzi
reallığdan uzaq personajlar, kadrlar, hadisələr uşaqların hələ saf, təmiz
beyinlərinə daxil olaraq onları korlamaqdan başqa bir işə yaramırlar.
Fikir vermisinizsə həmin cizgi filimlərdə obrazların hər biri eynidir: ideal uz qurluşu, boy, bədən qurluşu. Bu qiz uşaqlarında böyüdükcə cizgi filimlərində gördükləri “barbi kukla”-lara bənzəmək istəyi, oğlan uşaqlarında isə real olmayan gözəllik axtarışı formalaşdırır. Nəticədə estetik əməliyyatların sayı artaraq xoşagəlməz nəticələrə gətirib çıxardır.
Fikir vermisinizsə həmin cizgi filimlərdə obrazların hər biri eynidir: ideal uz qurluşu, boy, bədən qurluşu. Bu qiz uşaqlarında böyüdükcə cizgi filimlərində gördükləri “barbi kukla”-lara bənzəmək istəyi, oğlan uşaqlarında isə real olmayan gözəllik axtarışı formalaşdırır. Nəticədə estetik əməliyyatların sayı artaraq xoşagəlməz nəticələrə gətirib çıxardır.
İlk
olaraq insanlara ən gözəl təsir qüvvəsi sayılan 25-ci kadrdan məlumat vermək
istəyərdim sizə. Buna “Subliminal mesaj” da deyirlər. Belə mesajlar insan
beyninə yazı, musiqi, video, şəkil vasitəsilə daxil olur. Məsələn, hər hansı
filmə baxırsız, filmin baş qəhrəmanını çox bəyənirsiz və onunla öz aranızda bənzərliklər
axtarırsız və yaxud da elə özünüzü ona bənzədirsiz. Etiraz
etməyin hər birinizdə belə hallar olub :). Siz istəyirsiniz ki, sonda hər nə olursa
olsun, sizin qəhrəmanınız qalib çıxsın. Düzdü? :). Amma filimlərin isə bizə göndərdikləri əsas
mesaj başqadır. Sevimli qəhrəmanımızın işlətdiyi marka saat, geyindiyi əlbisə,
istifadə etdiyi telefon... yəni, siz də qəhrəmanın üsünlük verdiyi əşyalardan,
geyimlərdən istifadə etsəniz tam olaraq ona bənzəyərsiz. Təbii ki, gizli
mesajlar yalnız bunlarla məhdudlaşmır. Bu yalnız məsələnin reklam xarakterli məqamıdır.
25-ci
kadr anlayışı ilk dəfə 1957-ci ildə Ceyms Vikari tərəfindən icad olunmuşdur. Normalda
filmin 1 saniyəsinə 24 kadr yerləşdirildiyi halda birini də əlavə etməklə 25
kadr əldə etdilər. Bu kadr gözlə görünməsə də insan beyni bunu qəbul edib, icra
edir. Təbii ki, Ceyms Vikari bu icadı ilə sadəcə varlanmaq istəyirdi, onun
etdiyi əlavələr filmə baxan insanlara pop-corn yemək, kola içmək istəyi göndərmək
idi. Hal hazırdan isə daha təhlükəli məqsədlər üçün istifadə olunan 25-ci kadr
törətdiyi fəsadlarla həyatımıza daxil olmuşdur.
Bu sahə
üzrə bir çoxu araşdırmalar aparmışdırlar, lakin mənim qarşıma çıxan Kubilay Akdaşın
faktları oldu. O, bunu bir çox filimlərdə, siyasi partiyalarda, musiqilərdə və
hətta cizgi filimlərdə də müşahidə etmişdir. Onun araşdırmalarına əsasən
hamımızın tanıdığı “Donal Duck əmi” cizgi filmidə də 25-ci kadrdan istifadə
edilmişdir. Cizgi filimdə Donal Duck notebookda yazışır, həmin kadrı dondurub
görünüşü yaxınlaşdırdıqda ekranda çılpaq qadın görünür :0. Onun orda nə işi var axı? :0. Bu cizgi filimlərə isə
bizim “gələcəyimiz” baxır. Cizgi filimlərə toxunmuşkən müşahidə etdiyim digər məqamları
da nəzərinizə çatdırmaq istərdim. Hamımızın yaxşı tanıdığı “Şrek” cizgi filmi. Bu da başqa aləmdir :/. Deməli orda təsvir olunan incə,
zərif “Fiona” birdən birə acımasız, sərt döyüşçüyə çevrilir. Bunu axı uşaq nece qəbul etsin? :\. Başqa məqam,
heyvanlarla davranış forması. Bu da şəkilli sübutu :(. Şəkildə gördüyünüz qurbağa və ilandır.
Onların aqibəti heç də ürək açan deyil.
Bundan
başqa acıq aydın göstərilən öpüş səhnəsi :\. Bu səhnəyə daha çox cizgi filimlərində
rast gəlmək olar. Deyə bilərsiz müasir dövrdü, axı burda böyüdüləsi nə var?!
Çox şey var, əvvəla belə mövzuları uşaqlardan gizlətmək daha yaxşı olardı.
Onlar ilk olaraq romantik ruhlu böyüməlidirlər, cizgi filimlərdə göstərilən
kimi yox. Sonra bəzi qorxunc səhnələr uşaqların aqressiyasını artırır, gələcəkdə
kobud, məsuliyyətsiz, bu səbəbdən də ailə qədri bilməyən bir struktur olaraq
formalaşır. Bunun ilkin mərhələsini uşaqların oyuncaqları ilə oynamasında
müşahidə edə bilərik. Belə cizgi filimlərə valideyinlərlə birgə və onların şərhləriylə
baxmaq məsləhətlidir, əks halda uşaqlarınızı siz tərbiyələndirməmiş olacaqsız.
Musiqilərə
toxunaq, bəzi saytlardan oxuduqlarıma əsaslanaraq yazıram ki, supermarketlərdə
səslənən mahnılarda “daha çox al, daha çox al” mesajları yerləşdirirlər. Nəticədə
marketdən çıxdıqdan sonra “axı bunu niyə aldım?” sulları ilə baş başa qalırıq. Bu halla özüm də qarşılaşmışam. Cibimizə də ziyan vurur :(.
Təbii
ki, belə zərərli vasitədən siyasi partiyalar istifadə etməsəydi olmazdı.
İnsanları idarə etməyin ən asand yolu onlara şüur altı mesajlar verib istədikləri
havanı çalmalarıdır. Bu siyasi liderlərin nitqləri, reklam posterləri vasitəsilə
həyata keçirilir. Yoxsa bu qədər insanı necə idarə etmək
olar? Kubilay Aktaşa görə bu mesajların ən çox istifadə edildiyi ölkə
Rusiyadır. Amma daha maraqlı fakt isə “Amerikanın İraqı işğalı zamanı radioda
Quran səsləndirilərkən bunula yanaşı İraqlıların şüuraltına “müqavimət göstərməniz
faydasızdır” kimi mesajlar verilirdi”. Çox təəssüf nəhəng
İraq mədəniyyətindən də, günahsız körpələrdən də :(.
Bildiyim
qədəri ilə belə “Subliminal mesaj”-lar qadağan olunsa da istifadə olunmaqdadır.
Sübut olunmuş faktlara əsasən öz fikirlərimi yazmışam. Filimlərə baxarkən,
mahnı dinliyərkən, müxtəlif şəkillərə baxarkən daha ehtiyatlı olun. diqqətlə izləyin, diqqətlə dinləyin, mütləq sizin də qarşınıza çıxacaq :). Kiminsə
sizin beyninizi idarə etməsinə icazə verməyin. Bir də, uşaqlarınıza qarşı diqqəli
olun ki, gələcəyə bir az yox çox tərbiyə və sağlam düşüncə tərzi aparsınlar.
Yenidən görüşmək ümidilə :).

0 yorum:
Yorum Gönder