13 Ocak 2019 Pazar

Üç filim və bir kitab (Быть Астрид Линдгрен, Пристегните ремни, Невидимый гость, Любите ли вы Брамса?)

Hər vaxtınız xeyir, ümid edirəm həyatınızda hər şey qaydasında gedir. Bu gün sizə yeni yazı hazırlamaq qərarına gəldim və elə bu gün də yazıb bitirdim. Dekabrın sonu və yanvarın əvvəlinə təsadüf edən üç filim və bir “minibook”. Beləliklə növbəylə filimləri və kitabı təqdimata keçirəm. İlk filim... 
Bu filim haqqında yazmaq üçün əvvəl Astrid Lindgren haqqında balaca bir araşdırma aparmaq qərarına gəldim. Çünki yazıçı haqqında (filmin qəhrəmanı) heç bir məlumatım yox idi. Yəqin ki, “Karlson və balaca oğlan haqqında hekayə”yə hamınız baxmısız. Düzünü deyim 2015-ci ilə qədər
Karlsonun rus personaji olduğunu bilirdim. Məhşur «Орел и решка» verlişinin Stockholm buraxlışında isə Karlsonun İsveç yazıçısı Astrid Lindgrenin qəhrəmanlarından biri olduğunu öyrəndim. Hətta İsveçdə “Karlsonluq” etmək üçün damların başında xüsusi məkanlar da quraşdırılıb😄. Astrid sevgi dolu bir ailədə böyümüş olsa da öz taleyi bir qədər fərqli başlamışdı. “Astrid Lindgren olmaq” («Быть Астрид Линдгрен») filmi 2018-ci ildə ekranlaşdırımışdır, biqrafiya janrında çəkilib, İsveç istehsalıdır. Filimdə Astridi bir qədər fərqli xarakterdə göstərib rejiessor, bacı və qardaşlarından fərqli olduğu açıq aydın görsənir. Bilmirəm Astridi xarakter etibariylə nə dərəcədə düzgün qeyd ediblər, amma məncə bir qədər yazıçını hörmətsiz, ağlında problemi olan biri kimi qeyd edib rejissor. Halbu ki, İsveç höküməti 2015-ci ildə dövriyəyə yazıçının şəkli olan kağız pullar buraxmışdır. Yəni onu demək istəyirəm ki, rejissor adi bir yazıçı kimi yanaşmışdır bu qadına. 
Filmdə də, bioqrafiyasını oxuyanda da uşaqlar tərəfindən necə sevildiyini görmək olur. Fikrimcə bu dünyanın ən saf, ən təmiz sevgisidir. Filimdə hadisələr tələsmədən və sakit cərəyan edir. Əgər qiymətləndirmə kimi bir şansım olsaydı 10 ballıq sistemdən 7 verədim filmə. 
İkinci filim «Kəmərləri bağlayın» («Пристегните ремни») 2014-cü il İtaliya istehsalı sevgi hekayəsidir. Bəyəndiyim bir filim olmadı. Mövzunu bəyənmədin, aktyor seçimi fikrimcə uğurlu deyildi və çəkiliş forması sanki texnikanın kasib dövrünə təsadüf etmişdi. Bu filimdən bu qədər, baxsanız da olar, baxmasanız da (amma bakmasanız heçə itirməyəcəksiz😎). 

Üçüncü filimi isə çox bəyənərək izlədim, hətta şiddətli dərəcədə hər kəsə tövsiyyə edirəm. Filim 2016-cı il İspaniya istehsalıdır. Baş rolda Mario Casasos çəkilib. Onu deyə bilərəm ki, filmin sonluğunu yalnız 5 ya da 10 dəqiqə qalmış təxmin etmək olar (ya da olmaz😄). Yəni, beyində filimin hər saniyəsinə qurduğun ssenarini rejissor sağ olsun alt-üst edir🤯. Əvvəlcədən filim sonunu təxmin etmək çətin məsələdi. Həm filimin çəkilişləri çox keyfiyyətlidir – yüksək keyfiyyətdə baxsaz nə demək istədiyimi başa düşəcəksiz – həm də aktyor seçimi (həm də hər biri). Hər dəqiqəsi sirlərlə dolu bir filimdir. İspaniya kinematoqrafiyası düzgün yolda gedir məncə. Amma onu da deyim ki, fikrimcə rejissor filmin süjetində reallıqdan bir balaca da uzaqlaşıb sanki. Sonluğa çanada bəlkə də nə demək istədiyimi başa düşəcəksiz. Yəni, məsələn real həyatda filimdəki kimi sonluq olmazdı (mənim fikrimcə). Amma.. nəysə özünüz baxıb fikirlərinizi yazarsız mənə. Gedin mütləq baxın bu filmə ☺️. 
Az qalmışdı filmin adını demək yadımnan çıxsın 🙈: «Невидимый гость» (Görünməz qonaq). 

Sona saxladığım isə bir kitabdır. Bu keçen postda adını çəkdiyim həmin o kitabdı ki, sırf vaxt qıtlığından bir az gec bitirdim. Məhşur fransız yazıçısı (qadın) Fransuaza Saqan qələmindən çıxmış «Bramsı sevirsiz?» - (1959) («Любите ли вы Брамса?») romanıdır. Saqanla ilk tanışlığım idi bu əsər. İlk tanışlığımdan deyə bilərəm ki, çox kədərli yazıçıdır. Musiqiçi olduğum üçün kitabı məhz adına görə aldım və öz adımdan deyə bilərəm ki, Bramsı sevirəm, xüsusiylə sizə 3-cü simfoniyasının üçüncü hissəsini (Poco Allegretto) tövsiyə edə bilərəm (simfoniyaya tam da qulaq asa bilərsiz). Pol isə bu sualı özünə verir amma cavabını deyə bilmir. Əsərin cəmi bir neçə yerində keçir ad. Yəni mən mövzuyla əsərin adını əlaqələndirə bilmədim. Amma mütləq şəkildə əlaqə var deyə düşünürəm. 
Roman sevgi, həyat və bir qadın kitabıdır deyə bilərəm. Bir-birini incidən üç əsas qəhrəman (Pol – 39 yaşlı qadın, Roje – 40 yaşlı kişi, Simon – 25 yaşlı gənc oğlan) və Paris təsviri. Hər anında özünü bədbəxt hiss edən bir qadın və sevgi üçbucağı. Polun bəzən nə istədiyini başa düşmədim düzü. Kimi sevdiyini özü də bilməyən Pol həyatını bədbəxt akkorklarla doldurmaq üçün əlindən gələn hər şeyi edir. Çox rahat oxuya biləcəyiniz, axımlı kitabdır. Xüsusiylə “mini” olması daha gözəldi. Özümlə rahat hər yerə apardım və bəzən yolda da oxuyurdu. Bir şeyi də qeyd edim ki, əsəri oxuyarkan insan hadisələrin içinə tam daxil ola bilir. Yəni, bir qədər diqqətli oxusanız ətraf aləmlə əlaqəni tamamilə kəsə bilərsiz. Pola səslənirəm, Səni aldadan bir adamı niyə axı sevməyə davam edəsən? Bəlkə də sevmir, anlamadım🤷‍♀️. Amma maraqlı əsər oldu, sonluğu da bir qədər gözləmədiyim kimi bitti. 1961-ci ildə bu əsər əsasında hətta filim də çəkilib. Baş rolları İngrid Bergman (İsveç əsilli olduqca gözəl bir qadın😍) və Yves Montand (Fransız əsilli aktyor) paylaşır. Filminə tam baxmasam da bəzi kadrlardan marağımı çəkdi. Vaxt tapan kimi baxmağa çalışacam. 















https://www.youtube.com/watch?v=n5qWRUfc7w0 - filmi
https://audioknigi.club/sagan-fransuaza-lyubite-li-vy-bramsa - audio kitab
Bu dəfəlik də bu qədər. Xoşbəxt olmaq üçün özünüzə mütləq səbəblər axtarıb tapın. Dünya çox gözəldi çünki. Yaşamağı sevin. Yenidən görüşmək ümidiylə. 

2 yorum:

  1. Burdakı 3 filmdən 1-nə baxmışam, elə mən də bəyənməmişdim. Amma qalan ikisini də film listimə əlavə etdim.
    P.S. Sənin bloq yazılarınız bir ayrı sevirəm :))

    YanıtlaSil
    Yanıtlar
    1. Ümid edirəm digər iki filmə də baxdın))
      Çox sağ ol, baby. Sənin bu rəylərin olmasa həvəsim olmaz nəsə yazmağa :)

      Sil

 

Miracle of May Template by Ipietoon Cute Blog Design and Bukit Gambang