Hər vaxtınız xeyir (ümid edirəm bunu oxuyan
var☺️).
Bundan əvvəlki yazımı davam edərək demək istəyirəm ki, son zamanlar xarici
seriallar marağımı daha çox çəkirdi. Elə ona görə dünya qarşıma daha bir serial
çıxartdı. Təsadüfən türk bir youtuberin “Damızlık kızın öyküsü” (yəni, The
Handmaid’s Tale) serialı
haqqında videosu ilə tanış oldum. Süjet xətti çox maraqlı gəldi və baxmaq qərarına
gəldim. İlk olaraq onu deyim ki, Mike Barkerin rejissorluğu, Elisabeth Moss,
Yvonne Straovski və Joseph Fiennesin baş rolu paylaşdığı filim 2017-ci ildə izləyiciləriylə görüşüb, 2-ci sezonu isə deyilənlərə görə aprel (2018) ayında
çıxacaq. Gözləyirəm… Serial ən yaxşı dramatik filim, dramatik filimdə ən yaxşı qadın aktrisa, dramatik filimdə ən yaxşı ikinci qadın aktrisa və başqa nominasiyalarda qalib olub. Əvvəl yazar haqqında qısa məlumat yazmaq istəyirəm. 78
yaşlı Kanadalı (mənim sevimli Kanadam) yazar, tənqidçi, təbiətin aktiv
qoruyucusu və feminist Margaret Atwood ədəbi fəaliyyətə
16 yaşında başlamışdır. İlk təhsilini Toronto universitetinin Victoria
kollecində alır və ilk şeir və məqalələrin kollecin Acta Victoriana jurnalında
çıxır. Daha sonra təhsili artıraraq ingilis dili təhsili alır, əlavə olaraq isə
fransız dili və fəlsəfəni öyrənir. Bir sıra medallarla mükafatlandırılıb və təhsilini
daim daha yüksək pillələrə qaldırıb və s☺️. Mən isə keçim yazımın əsas
məqsədinə.
Yazarın 1985-ci ildə qələmə aldığı “The
Handmaid’s Tale”
romanı bir çox önəmli mükafatlar alıb, bir neçə dəfə ekranlaşdırılıb – 1990-cı
ildə film olaraq, 2017-ci ildə isə serial olaraq. Filmə hələ ki, baxmamışam,
amma serialın ilk sezonundan sizə qısa məlumat yazacam. Baxıb baxmamaq qərarınızda
bəlkə kömək olar☺️. Serialın ədəbi dili bir az qəlizdi, yəni tam
olaraq böyüklər üçündür (mən də özümü böyük hesab edirəm artıq☺️), həmçinin
şiddət, qorxu mövzulu olduğu üçün hər kəsin də baxa biləcəyi bir serial deyil.
Deməli
bu distopik romanda hadisələr Şimali Amerikada yeni qurulan Gilead adlı dini ölkədə
baş verir. Təsəvvür edin (yalnız qadınlar) bir gün yuxudan ayılırsız və sizin
artıq nə danışmaq, nə düşünmək, nə icazəsiz hərək etmək və s. haqqınız var, hətta
sizin bir adınız belə yoxdu. Çox dəhşətlidir, sizcə də elə deyil?! Kişilərin
hökümranlıq etdiyi dindar bir ölkədəsən və bunu dəyişdirmək üçün əlindən heçnə
gəlmir. Dünyaya uşaq gətirə bildiyin üçün sağ qalma şansın var.
Roman Offred (of Fred, yəni Fredə məxsus.
Romanda hər qulluqçu öz sahibinin adını daşıyır. Yəni başqa bir evə getdiyi
zaman adları yenə də dəyişir) adlı qulluqçunun dilindən bizə çatdırılır. Yəni,
orda keçirdiyi qorxular, işgəncələr, zorakılıqlar, məcburiyyətlər ən dəhşətli şəkildə
danışılır. Romanda təkcə qadınların haqsızlıqla qarşılaşdığı göstərilsə də məncə
hər nə qədər “kamandor” belə olsan qadınların əsr olduğu dünyada kişilər də əsrdir.
Bəlkə bunu başa düşmürlər ama serialdan gördüklərim əsasında bu qərarə gəldim.
Qarşındakını alçaltdıqca özün də alçalırsan (fikrimcə).
Romanın mövzusu gələcəyə aiddir. İnsanlığın
getdikcə öldüyü və ekalogiyanın korlanması səbəbiylə dünyaya uşaq gətirən
qadınların da azalmasıyla dünya tam bir cəhənnəmə çevrilir. Serialın mövzunu
tam yazıb serialın marağın itirmək fikrim yoxdu, baxmağa da nəsə qalmalıdı ya
yox😑? Lakin
onu demək istiyirəm ki, bu mövzu 2016-cı il, Donald Trupun hakimiyyəti dövründə
bir az aktuallaşmışdır. Belə ki, D.Trumpun hakimiyyətə gəldiyi dövrdə qadağa
etdiyi qanunlardan biri qadınların abort etməsi, eləcə də qadınlara haqsız
davranılan digər qanunların meydana gəlməsi idi. Bu səbəbdən də filimdə və
romanda olduğu kimi geyinən qadınlar Washington,
New Yorkda küçələrə çıxaraq qadın
bədəni üzərində olunan siyasətə qarşı çıxmış oldular.
Əslində serial haqqında daha çox danışmaq olar. Məslən, baş verən hadisələrlə cəmiyyətimizdə olanların müqyisəsi, oxşarlığı və s. amma burda yazımı tamamlayıram. Özünüz baxın ən yaxşısı.
Sonda isə yazımı yazarın bəzi sözləri ilə tamalamaq istəyirəm. O, yaşadığımız dünyanın romandakı distopik dünyaya çevrilsəydi sualına belə cavab verir: “Hər zamankı kimi yaşamağa davam edərdik, hec nəyə fikir vermədən. Vecsizlik cəsarətlə eyni şey deyil, zaman tələb edir”.
Sonda isə yazımı yazarın bəzi sözləri ilə tamalamaq istəyirəm. O, yaşadığımız dünyanın romandakı distopik dünyaya çevrilsəydi sualına belə cavab verir: “Hər zamankı kimi yaşamağa davam edərdik, hec nəyə fikir vermədən. Vecsizlik cəsarətlə eyni şey deyil, zaman tələb edir”.
“Heç nə bir anda dəyişmir: yavaş-yavaş isinən
suda xəbərin olmadan qaynayıb ölərsən”
Romanda qulluqçuların təlimi ilə məşğul
olan “xala” ilk serialdan hər şeyi çox aydın şəkildə izah etdiyi kimi: "indi sizə
hər şey qeyri-adi gələ bilər, amma zaman zaman hər şey sizin üçün adiləşəcək.
Sizdən sonra gələnlərə isə lap xoş olacaq bu müqəddəs borclarını yerinə yetirmək".
Əslində isə demək istədiyi bu idi: sizin bir xatirəniz, başqa həyatınız, bir
keçmişiniz var idisə, onlar hər şeydən xəbərsiz yaşadıqları dünyanı belə qəbul
edəcəklər.
“Haklı olduğum üçün çox üzgünəm” - Margaret Atwood




