27 Mart 2019 Çarşamba

Baxdığım Azərbaycan filimləri haqqında

Hər vaxtınız xeyirli olsun (yazılarımı oxuyan varsa ) . Xarici filimləri kənara qoyub bir az da öz filimlərimizdən yazmaq qərarına gəldim (xüsusiylə də 2000-ci illərdən indiyə qədər çəkilən filimlər aiddir bura). İlk olaraq çox uzun illər əvvəl baxdığım bir filimdən yazacam. Həqiqətən baxmağa layiqli bir filimdi deyə düşünürəm (əsəbləri yerində olmayanlara

13 Ocak 2019 Pazar

Üç filim və bir kitab (Быть Астрид Линдгрен, Пристегните ремни, Невидимый гость, Любите ли вы Брамса?)

Hər vaxtınız xeyir, ümid edirəm həyatınızda hər şey qaydasında gedir. Bu gün sizə yeni yazı hazırlamaq qərarına gəldim və elə bu gün də yazıb bitirdim. Dekabrın sonu və yanvarın əvvəlinə təsadüf edən üç filim və bir “minibook”. Beləliklə növbəylə filimləri və kitabı təqdimata keçirəm. İlk filim... 
Bu filim haqqında yazmaq üçün əvvəl Astrid Lindgren haqqında balaca bir araşdırma aparmaq qərarına gəldim. Çünki yazıçı haqqında (filmin qəhrəmanı) heç bir məlumatım yox idi. Yəqin ki, “Karlson və balaca oğlan haqqında hekayə”yə hamınız baxmısız. Düzünü deyim 2015-ci ilə qədər

23 Aralık 2018 Pazar

Bir-birimizə demədiyimiz sözlər

Hər vaxtınız xeyirli olsun. Uzun zamandır yazı yazmağı unutmuşdum. Və seriallara bir qədər ara verib (əslində “American horror history” serialına baxıram) oxuduğum kitablardan yazmaq qərarına gəldim. Köhnə oxuduqlarımdan yazmayacam, son oxuduğum iki kitab haqqında yazacam. Beləliklə...

İlk kitab tanınmış fransız yazıçısı Mark Levi qələmindən çıxmış, sayca 8-ci romanı olan “Bir-birimizə demədiyimiz sözlər”-dir (“Toutes ces choses qu’on ne s’est pas dites” – orijinal dilində). Bu romanın adını uzun illər əvvəl eşitmişdim əslində, amma niyə oxumağı bu qədər gecikdirmişəm özüm də bilmirəm. Süjet xətti əslində çox maraqlıdı – fantastik, dram, bəzəm komediyaya da rast gəlmək olur.

4 Ekim 2018 Perşembe

“Jane Eyre” filmi və kitabı haqqında

Sakit, yumşaq (soft) bir film axtarışındasınızsa mütləq “Jane Eyre” filminə baxın.
Filim Charlotte Brontenin eyni adlı əsəri əsasında, 2011-ci ildə Cary Joji Fukunaga tərəfindən çəkilib. Ən çox “Jane Eyre” əsəri ilə tanınan yazıçının həyatı ilə tanış olduqda sonra məhz bu əsərin avtobioqrafik bir əsər olduğu qənaətinə gəldim. Yazıçının da həyatı demək olar ki, qəhrəmanının həyatı kimi ölümlərlə dolu idi. Lakin özündən fərqli olaraq Charlotta sonda qəhrəmanını xoşbəxt və uzunömürlü edir. Özü isə çox gənc yaşında, cəmi 39 yaşında həyatını tamamlayır. 

8 Eylül 2018 Cumartesi

İspaniya istehsalı olan La casa de papel serialı


Bir şeyi istiyəndə tez və həmin dəqiqə olmasını istəyirəm – bu serial da elə oldu. Çox qısa vaxt ərzində baxıb bitirdim. Çəkiliş, aktyor heyyəti, kadrlar, rənglər, geyimlər – bir sözlə hər şey fikrimcə kifayət qədər keyfiyyətli idi. Fonda eşdilən bəzi ispan sözləri isə mənim üçün sadəcə yenicə aşiq olmuş qızcığazın sevgilisinin səsini eşitmək kimi bir şeydi 😍 (bənzətməyə bax da 😄, sadəcə özüm üçün yenicə kəşf etdiyim ispan dilinə olan sevgimi ifadə etməyə çalışdım). Qısaca bu seriala baxma səbəblərimdən biri məhşurluğudursa, ikinci səbəbim İspaniya idi.



Serialın premyerası 2017-ci il may ayında baş tutub. Ekranlara çıxdığı gündən özünə xeyli kütlə yığmağı bacaran serialın süjet xətti əslində çox rast gəldiyimiz tipik oğurluq və sevgi hekayəsidir. Həyatda bəxti gətirməyən 8 insan (oğru) bir araya gələrək öz gələcəklərini dəyişmək və yeni həyata başlamaq qərarına gəlirlər.  Qarət etmək istədikləri İspaniyanın Milli sikkə və pul markaları fabriki olur. Hadisələr də məhz burda baş verir. Ümumilikdə 15 epizoddan ibarətdir (neçə sezon olduğunu isə başa düşə bilmədim). İspan yazıçısı Carlos Maria Dominguezin əsəri əsasında çəkilib. Amma mənə elə gəlir ki, əsər özü serial qədər maraqlı deyil. Adətən mən əksini deyirəm, amma bu dəfə 6-ci hissim mənə belə deyir. İspan dilini öyrənəndən sonra bəlkə kitabı oxumaq qismət olar😍. Mövzudan uzaqlaşmayım, keçim obrazların analizinə.
Serial əsas qəhrəmanlardan biri olan Tokio tərəfindən şərh edilir. Tokino bu soyğunu ən çox arzulayanlardan biri olsa da fikrimcə ən çox da qayda pozanlardan birincisidir. İlk pozduğu qayda isə qrupa daxil olanlardan Rio ləqəbli həmkarı ilə bir-birlərinə aşiq olmalarıdır (daha sonra bu qaydanı Professor və Denver də pozur). Rio isə daha çox planın texniki işləri ilə məşğul olur.
Professor – planın beynidir. Planı bütün incəliyi ilə, detallı şəkildə idarə edir. Özünün də dediyi kimi plan onun atası tərəfindən işlənsə də reallaşdırmaq ona qismət olur. Berlin obrazı Professora ən yaxın olan obrazdır. Hətta son epzodlardan başa düşmək olur ki, onlar qardaşdırlar. Berlin serialın ən “cool” (bu sözü çox sevirəm 😇) obrazıdır fikrimcə. Bu soyğuna qədər 15-ə qədər oğurluq həyata keçirdib və bunun isə xəstəliyi ilə əlaqədar son soyğun olacağını da serialda dilə gətirir. İlk epizodlarda ən çox bəyəndiyim obraz Professor olsa da sonda Berlin “favorite” obrazıma çevrilir. Bunu sonda etdiyi jestlərlə əlaqələndirə bilərəm. 
Nayrobi serialın ən pozitiv obrazıdır. Hər kəs kimi problemlərinin olmasına baxmayaq pozitiv qalmağı bacaran, plana sadiq qalan və başqa bir şey düşünməyənlərdən biridir. Nayrobi tam bir “pul atası”dı 😄(pul kəsimi, kodlaşdırması işi ilə məşğul olduğuna görə belə adlandırdım). Moskva özünü hər zaman günahlandıran, oğluna atalıq etmədiyinə görə ona daha yaxşı gələcək vermək adına plana daxil olanlardandır. Serial boyu özünü hər zaman təmkinli, səbrli aparan bir obrazdır. Oğlu Denver isə onun tam əksi olan, eyni zamanda cahil bir obrazı canlandırır (çox maraqlı gülüşü də var hətta ☺️). Helsinki və Oslo (bilmədim əmi uşaqlarıdı ya xala uşaqları, nəysə ki, qohumdurlar 😄) – plana əsgəri güc məqsədi ilə daxil edilmiş obrazlardır.


Obrazların seçdiyi Salvador Dali maskaları da düşünürəm ki, təsdüf deyil. Bildiyim qədəriylə Dali də son dərəcə emosional, hər şeyin əksinə gedən bir xarakterə sahib olub, soyğunun  məqsədi də bir növ fikrimcə belə idi. İlk baxışda obrazla seçilmiş adlar çox xoş, qeyri-adi və maraqlı görsənsə də bəzi maraqlı məqamlar var imiş. Belə ki, obrazlara verilən adların bir başa İkinci Dünya Müharibəsi (1939)  ilə əlaqəsi olduğu rastıma çıxdı. Bu şəhərlər İkinci Dünya Müharibəsində iştirak etmiş ölkələrdə yerləşir. Hətta öz xarakterləri ilə adlarını daşıdıqları ölkələrin müharibə zamanı missiyalarını, müharibənin gedişatında olan rollarını qismən də olsa görmək olar (yuxarda etdiyim qısa analiz də məhz buna görə idi). Yəni, heç nə təsadüfdən olmur...

Serial özlüyündə çox axımlıdır, hər epizoddan sonra digərinə baxmaq üçün can atırsan. Cinayətkarlara qeyri-adi simpatiyan yaranmağa başlayır, zamanla polislərə nifrət də edirsən. İspan polisinin necə aciz, zəyif olduğnu da görmüş oluruq burda. Carlos əmi İspan polisini niyə belə təsvir edib, bilmirəm. Amma sonda əsirlərdən heç birinin ölməməsi, Professor və dəstəsinin əsl məqsədinin bu olmadığını görmək, hətta oğurladıqları pulların belə heç kimə məxsus olmaması, özlərinin yaratdıqları kağızlar olduğunu görəndə oğrulara olan simpatiyaya görə özümü günhkar hesab etmədim (O boyda komissar Rachel belə oğruların tərəfinə keçir😌). Və sonda - bəzi dramatik səhnələrdə fonda səslənən “Bella Ciao” mahnısı özüm üçün kəşf etdiyim çox gözəl mahnı oldu. Yalnış araşdırmamışamsa mahnı 1900-cu illərə aiddir. Bir əsrdən də çoxdur yaşı yəni. 
Serial haqqında bu qədər. Bir az uzun oldu deyəsən, amma ümid edirəm bəyənilən bir yazı olar. Yenidən görüşmək ümudi ilə 😇. Özünüzə yaxşı baxın. 

9 Temmuz 2018 Pazartesi

Özünü Sevməyi Unutma (Motivasiya)

Hər kəsə salamlar, təbii ki, yazılarımı oxuyan varsa ☺️. Əslində bunları kimsə oxusun deyə yazmıram, yazmaqdan zövq aldığım üçün yazıram. Beləliklə, bu dəfəki mövzum da elə məhz “mən”-dən olacaq. Son zamanlar özümü dəyişməyə, inkişaf etdirməyə daha çox can atıram. Motivasiya, özünü inkişaf, pozitiv düşüncələrlə bağlı videolara baxıram. Elə onlardan özüm üçün seçib, əməl etməyə çalışdığım bəzi qaydaları sizinlə paylaşmaq istəyirəm.
Bəzən həyatımızın qaydasında getmədiyini düşünürük, bunu özümüzə ən böyük problem edirik, gecəmizi-gündüzümüzə qatırıq... Axı niyə? Çox gözəl bilirik ki, “mükəmməl” heçnə yoxdur - ailədə, dostlarla münasibətdə, şəxsi münasibətdə hətta zaman-zaman problemlər yaşayırıq, əsas olan xırda mübahisədən belə zövq almaqdır düşünürəm. Sadəcə həyatınızı bir az da çətinləşdirib, ürəyinizdə “problem otağı”nı aktiv saxlamayın. Qoy o da xoşbəxt döyünsün. Əhvalınızı yüksəltmətə çalışın, çünki bunu sizin yerinizə heç kim etməyəcək.
·    Nə istədiyini, nəyi sevdiyini bil. Bu həm vacib, həm də ən çətin olandır. Sevdiyin iş səni sözün əsl mənasında xoşbəxt edəcək və xoşbəxtliyin üçün tükənmədən çalışmaq, irəli addım atmaq – həyatda başına gələn ən gözəl şeydir.
· Hal-hazırda yediyin faydasız qidalardan imtina et. Mağazaya girərkən ziyanı özündən də böyük olan o “balaca paketlər”ə qaçma. Onların əvəzinə alma, banan ya da başqa sevdiyin meyvələrdən yaxud da digər faydalı qidalardan al. Son zamanlar mən belə edirəm 😌. Sadəcə təbii və xeyirli qidalar. Məsələn, şəkər, un, kofedən uzaq durmağa çalış. Bol-bol su iç. Özündə qəbul et ki, su sənə hər şeydən iki qat faydalıdır.
· Yeni dil öyrənməyə başla. Bir və ya iki dil bilirsənsə bununla kifayətlənmə. Dil biliyin sənin dünyaya olan qapının açarıdı. Bundan başqa çox “cool” görünəcəksən 😍. Mən artıq başlamışam.
· Həftə sonlarından zövq almağı öyrən. Yorulmuşam, halım qalmayıb, gəzməyə vaxtım yoxdu kimi bəhanələri qoy bir qırağa. Bunları etmədikcə təmbəlləşirsən. Oturduğun yerdən qalx, hazırlaş və plansız bir şəkildə evdən çıx. Dostlarınla görüş, muzeylərə get, filmə get, idmanla məşğul ol, dünyayla əlaqəni genişləndir, ya da sadəcə tək gəz. Əsas odur ki, bir yerdə oturma. İnan bu sənin ruhuna o qədər gözəl təsir edəcək ki, gəzməyi artıq həyat tərzinə çevirəcəksən. Amma təbii ki, bu isti havalarda, günəşin hökümranlıq etdiyi saatlarda gəzmə ☀️.
· Düşüncələrini, gördüklərini yaz. Yazmaq fikrimcə hər kəsə yaxşı təsir edir. Yaxşı yazırsan, ya pis yazırsan, oxucuların var və ya yoxdu – bunu düşünmə, sadəcə yaz. Bəzən ürəyində yığılıb qalanlar hərflər vasitəsiylə çıxıb tökülür, yəni yazmaq səni yalnız rahatladacaq. Əvvəllər heç kimə deyə bilmədiklərimi bir kağıza yazıb, sonra isə cırıb tullayırdım. İndi isə bloga yazıram 📝 və bundan sonra daha çox yazmağa çalışacam. Qarşına məqsəd qoy, məqsədlərini bir yerə yaz, heç kim görməsə də “dünya” bu mesajını oxuyacaq. Əmin ol, oxuyacaq.
· Vaxtını idarə etməyə çalış. Məsələn, yuxudan duranda ilk işin telefonu əlina almaq olmasın. Bu vərdişini hətta özündən tamam uzaqlaşdır. Telefon sənin vaxtını oğurlamamalıdır, o sadəcə sənə köməkçi vasitədir. Həyatını tamamilə işğal etməsinə icazə vermə, sən ondan güclüsən. Sadəcə telefonu həyatından uzaqlaşdır, bax gör hər şeyə necə vaxt çatdırırsan. Özünə günlük plan yaz və ordakıları yerinə yetirməyə çalış. Zamanla bunu vərdiş halına gətirəcəksən. Bir işi ya et ya da başqasına yönləndir, yəni uzatma. Tez qərar verməyi öyrən.
· Sosial şəbəkələrdən uzaq dur, internetdə boş zaman keçirtmə, kompyuter oyunlarını özünə qadağan et, TV-dən özünü uzaq tut. Son xəbərləri tez oxumağa can atma, onsuz bir neçə saat sonra maraqlı xəbərlərdən hamı danışacaq. Zövq aldığın, faydalı məlumatları oxu. Mən telefonumda sosial şəbəkələrə aid olan proqramları qovluqda saxlayıram, beləliklə telefonu əlimə alanda ilk gördüyüm instagram, facebook və ya digər proqramlar olmadığı üçün heç yadıma da düşmür 📵.
· Tez durmağı özündə adət halına gətir. Zamanla tez yatmağı da öyrənəcəksən. Paradoks ondadır ki, tez duranda sən daha çox iş görə bilirsən. Təcrübəmə əsaslanaraq bu bəndi təsdiqləyirəm.
· Çalış ətrafında düzgün, səmimi, ağıllı insanlar olsun. Amma unutma ki, sən də onlara qarşı eyni olmalısan. Son zamanlar dostluqdan öyrəndiyim çox şeylər oldu. İnan ki, səmimi dostlarının olması çox gözəldir. Ətrafında heç kim yoxdursa demək problemi özündə də axtarmalısan. Səhvini düzəltmək heç vaxt gec deyil. Dostlarla canlı ünsiyyət yaratmağa çalış, tez-tez görüş, bir yerlərə get, paylaşmağı öyrən. Mesaj, telefon danışıqları, lap görüntülü danışıq belə heç vaxt canlı ünsiyyəti əvəz edə bilməz. Neqativ, pessimist insanlardan uzaq dur. Yüksəlmək üçün sənin yanınada belə xüsusiyyətli insanlar olmamalıdır.
· Həyatının hər dəqiqəsini, hər saniyəsini sev və dəyər ver.
· Səyahətin üçün “копилка” ayır. Mütləq deyil ki, səyahət üçün bu Fransa, İtalya və yaxud da İspaniya olsun. Ölkə daxili əraziləri gəz. Gözəl anları yaddaş kartında ömürlük saxla.
·        Hər gün getdiyin yolu dəyiş. Məsələn, hər zaman düşdüyün dayanacaqda deyil, ondan əvvəldə düş. İşə və ya evə başqa yolla get. Daha çox gəz (yenə də gəzmək☺️). Əvvəllər heç vaxt etmədiyin bir şeyi et. Məsələn, mən paraşutdan tullanmağı planlaşdırıram (i know it is crazy😜). Bunu etsəm mütləq paylaşacam.
· Otağını qaydaya saldığın kimi həyatını da qaydaya sal. Lazımsız əşyaları, kağızları, qeydləri tulla, hətta sənə ağırlıq verən insanları çıxart həyatından.
· Dünyanı olduğu kimi qəbul et, şikayətlənmə. Keçmişində ilişib qalma, onun sənin gələcəyinlə heç bir əlaqəsi yoxdu. Bitirdiyin məsələyə nöqtə qoymağı bacar, istəsən bu o qədər də çətin olmayacaq.
· Oxu, 📚öyrən, öyrət, özünü dəyiş və dünya da sənə eyni cavabla qayıdacaq. Özünü sev, özünü sev ki, dünya da səni sevsin.
Və bu mesajı özünə hər gün təkrar et. 

24 Nisan 2018 Salı

The Handmaid’s Tale serialı haqqında fikirlərim


Hər vaxtınız xeyir (ümid edirəm bunu oxuyan var☺️). Bundan əvvəlki yazımı davam edərək demək istəyirəm ki, son zamanlar xarici seriallar marağımı daha çox çəkirdi. Elə ona görə dünya qarşıma daha bir serial çıxartdı. Təsadüfən türk bir youtuberin “Damızlık kızın öyküsü” (yəni, The Handmaid’s Tale) serialı haqqında videosu ilə tanış oldum. Süjet xətti çox maraqlı gəldi və baxmaq qərarına gəldim. İlk olaraq onu deyim ki, Mike Barkerin rejissorluğu, Elisabeth Moss, Yvonne Straovski və Joseph Fiennesin baş rolu paylaşdığı filim 2017-ci ildə izləyiciləriylə görüşüb, 2-ci sezonu isə deyilənlərə görə aprel (2018) ayında çıxacaq. Gözləyirəm… Serial ən yaxşı dramatik filim, dramatik filimdə ən yaxşı qadın aktrisa, dramatik filimdə ən yaxşı ikinci qadın aktrisa və başqa nominasiyalarda qalib olub. Əvvəl yazar haqqında qısa məlumat yazmaq istəyirəm. 78 yaşlı Kanadalı (mənim sevimli Kanadam) yazar, tənqidçi, təbiətin aktiv qoruyucusu və feminist Margaret Atwood ədəbi fəaliyyətə 16 yaşında başlamışdır. İlk təhsilini Toronto universitetinin Victoria kollecində alır və ilk şeir və məqalələrin kollecin Acta Victoriana jurnalında çıxır. Daha sonra təhsili artıraraq ingilis dili təhsili alır, əlavə olaraq isə fransız dili və fəlsəfəni öyrənir. Bir sıra medallarla mükafatlandırılıb və təhsilini daim daha yüksək pillələrə qaldırıb və s☺️. Mən isə keçim yazımın əsas məqsədinə.


Yazarın 1985-ci ildə qələmə aldığı “The Handmaid’s Tale” romanı bir çox önəmli mükafatlar alıb, bir neçə dəfə ekranlaşdırılıb – 1990-cı ildə film olaraq, 2017-ci ildə isə serial olaraq. Filmə hələ ki, baxmamışam, amma serialın ilk sezonundan sizə qısa məlumat yazacam. Baxıb baxmamaq qərarınızda bəlkə kömək olar☺️. Serialın ədəbi dili bir az qəlizdi, yəni tam olaraq böyüklər üçündür (mən də özümü böyük hesab edirəm artıq☺️), həmçinin şiddət, qorxu mövzulu olduğu üçün hər kəsin də baxa biləcəyi bir serial deyil.
Deməli bu distopik romanda hadisələr Şimali Amerikada yeni qurulan Gilead adlı dini ölkədə baş verir. Təsəvvür edin (yalnız qadınlar) bir gün yuxudan ayılırsız və sizin artıq nə danışmaq, nə düşünmək, nə icazəsiz hərək etmək və s. haqqınız var, hətta sizin bir adınız belə yoxdu. Çox dəhşətlidir, sizcə də elə deyil?! Kişilərin hökümranlıq etdiyi dindar bir ölkədəsən və bunu dəyişdirmək üçün əlindən heçnə gəlmir. Dünyaya uşaq gətirə bildiyin üçün sağ qalma şansın var. 


Roman Offred (of Fred, yəni Fredə məxsus. Romanda hər qulluqçu öz sahibinin adını daşıyır. Yəni başqa bir evə getdiyi zaman adları yenə də dəyişir) adlı qulluqçunun dilindən bizə çatdırılır. Yəni, orda keçirdiyi qorxular, işgəncələr, zorakılıqlar, məcburiyyətlər ən dəhşətli şəkildə danışılır. Romanda təkcə qadınların haqsızlıqla qarşılaşdığı göstərilsə də məncə hər nə qədər “kamandor” belə olsan qadınların əsr olduğu dünyada kişilər də əsrdir. Bəlkə bunu başa düşmürlər ama serialdan gördüklərim əsasında bu qərarə gəldim. Qarşındakını alçaltdıqca özün də alçalırsan (fikrimcə).
Romanın mövzusu gələcəyə aiddir. İnsanlığın getdikcə öldüyü və ekalogiyanın korlanması səbəbiylə dünyaya uşaq gətirən qadınların da azalmasıyla dünya tam bir cəhənnəmə çevrilir. Serialın mövzunu tam yazıb serialın marağın itirmək fikrim yoxdu, baxmağa da nəsə qalmalıdı ya yox😑? Lakin onu demək istiyirəm ki, bu mövzu 2016-cı il, Donald Trupun hakimiyyəti dövründə bir az aktuallaşmışdır. Belə ki, D.Trumpun hakimiyyətə gəldiyi dövrdə qadağa etdiyi qanunlardan biri qadınların abort etməsi, eləcə də qadınlara haqsız davranılan digər qanunların meydana gəlməsi idi. Bu səbəbdən də filimdə və romanda olduğu kimi geyinən qadınlar Washington, New Yorkda küçələrə çıxaraq qadın bədəni üzərində olunan siyasətə qarşı çıxmış oldular.



Əslində serial haqqında daha çox danışmaq olar. Məslən, baş verən hadisələrlə cəmiyyətimizdə olanların müqyisəsi, oxşarlığı və s. amma burda yazımı tamamlayıram. Özünüz baxın ən yaxşısı. 
Sonda isə yazımı yazarın bəzi sözləri ilə tamalamaq istəyirəm. O, yaşadığımız dünyanın romandakı distopik dünyaya çevrilsəydi sualına belə cavab verir: “Hər zamankı kimi yaşamağa davam edərdik, hec nəyə fikir vermədən. Vecsizlik cəsarətlə eyni şey deyil, zaman tələb edir”.
“Heç nə bir anda dəyişmir: yavaş-yavaş isinən suda xəbərin olmadan qaynayıb ölərsən”
Romanda qulluqçuların təlimi ilə məşğul olan “xala” ilk serialdan hər şeyi çox aydın şəkildə izah etdiyi kimi: "indi sizə hər şey qeyri-adi gələ bilər, amma zaman zaman hər şey sizin üçün adiləşəcək. Sizdən sonra gələnlərə isə lap xoş olacaq bu müqəddəs borclarını yerinə yetirmək". Əslində isə demək istədiyi bu idi: sizin bir xatirəniz, başqa həyatınız, bir keçmişiniz var idisə, onlar hər şeydən xəbərsiz yaşadıqları dünyanı belə qəbul edəcəklər.
“Haklı olduğum üçün çox üzgünəm” - Margaret Atwood
   
 

Miracle of May Template by Ipietoon Cute Blog Design and Bukit Gambang